07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dini konfessiya rəhbərləri Heydər Əliyevin məzarını ziyarət edib

10.05.2023

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Qeyd olunub ki, dini konfessiya rəhbərləri Ulu Öndərin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyub, Uca Allahdan rəhmət diləyiblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.