07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MDB ölkələrinin səfirləri ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

10.05.2023

MDB ölkələrinin səfirləri Bakıda Fəxri xiyabana gələrək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Bu barədə Belarusun Azərbaycandakı səfirliyinin paylaşımında deyilir.

"Səfir Andrey Ravkov MDB ölkələrinin səfirləri ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Bundan başqa, Zərifə Əliyevanın məzarı üstünə də gül dəstələri qoyulub”, - deyə məlumatda qeyd edilib.

Belarus səfiri ilə birlikdə Rusiya, Özbəkistan, Tacikistan və Qırğızıstan səfirləri də Heydər Əliyevin xatirəsini yad ediblər.

Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.