07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TDT Baş katibi: Heydər Əliyev Türk dünyasının memarlarından biridir

10.05.2023

"Qardaş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bu gün - anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu bir gündə dərin ehtiramla yad edirik".

"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyevin bəyanatında deyilir.

Qeyd olunub ki, Heydər Əliyev Azərbaycanın güclü və müasir dövlətə çevrilməsi üçün geniş imkanlar açmış lider olub.

"Onun vətənpərvərliyi, müdrikliyi və iradəsi sayəsində Azərbaycan siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda böyük tərəqqiyə nail olub. Heydər Əliyev qardaş türk dövlətlərini və xalqlarını bir araya gətirməkdə mühüm xidmətləri ilə Türk dünyasının memarlarından biridir” , - TDT Baş katibi qeyd edib.