07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kreml: "Heydər Əliyevin tarixi rolu həqiqətən də, olduqca böyükdür”

10.05.2023

"Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin siyasi müdrikliyini və onun baxış bucağını yüksək qiymətləndirirdi”.

Bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov News.ru-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya liderinin mayın 10-da anadan olmasının 100 illiyi tamam olan Heydər Əliyevlə isti münasibətləri olub.

"Prezident Putinin Heydər Əliyevlə çox isti münasibətləri var idi. O, həqiqətən də Əliyevə çox hörmət bəsləyirdi. Onlar dəfələrlə ünsiyyət qurublar. Əslində o zaman, məhz o zaman indiki ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin möhkəm əsasları qoyulub. Prezident eyni münasibətləri İlham Heydəroviçlə də davam etdirir. Hazırda mövcud olan fundamentin əsası o zaman qoyulub. Təbii ki, Heydər Əliyevin bizim ortaq tariximizdə, Sovet İttifaqının tarixində oynadığı rolu qiymətləndirmək çətindir. Çünki bu rol, həqiqətən də, olduqca böyükdür”, - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi vurğulayıb.