29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş təşkil edib

10.05.2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı dahi liderin adını daşıyan, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi”nə yürüş təşkil edib.

Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yürüş iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrut əsasında, xüsusi bələdçinin müşayiəti ilə zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, dövlət bayrağını dalğalandırıblar.