29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metro stansiyalarında Ulu Öndərə həsr olunmuş proqram yayımlanır

10.05.2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Bakı metropoliteninin stansiyalarının mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə xüsusi tərtib olunmuş proqram yayımlanır.

"Bakı Metropolitenindən”  bildirilib ki, 3 hissədən ibarət proqram 16 qrupdan ibarətdir. Proqram çərçivəsində Ulu Öndərin müxtəlif vaxtlarda dilə gətirdiyi ifadələri yer alıb. Bu ifadələr onun Azərbaycan və azərbaycançılıq, dövlətçilik və tarix, xalq və vətən, milli dəyərlər və mədəniyyət, təhsil və uşaqlar, sağlamlıq və gələcəklə bağlı ibarəyə çevrilmiş fikirlərini əhatə edir.

Bu ifadələri Ulu Öndərin sevdiyi, ona həsr olunmuş və tematik musiqi inciləri müşayiət edir. Proqramda xalq mahnıları, habelə Nizami Gəncəvi, Xurşudbanu Natavan, Rəsul Rza, Ənvər Əlibəyli, Fikrət Qoca, Nəbi Xəzri, Teymur Elçin, Baba Vəziroğlu, Leyla Əliyeva və Xanım İsmayılqızının sözlərinə Üzeyir Hacıbəylinin, Niyazinin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Oqtay Zülfüqarovun, Müslüm Maqomayevin, Sevil Əliyevanın, Eldar Mansurovun, Niyaməddin Musayevin və Kamalın bəstələdikləri musiqi parçaları yer alır.

Proqrama daxil olan hər qrupu Ümummilli Liderin metropolitenlə bağlı tarixi əhəmiyyətə malik və metropolitençilər üçün aforizmə çevrilmiş sözləri tamamlayır.

Bak metropoliteni il ərzində müxtəlif əlamətdar və tarixi günlərdə bu layihəsini davam etdirəcək. Layihə çərçivəsində Ulu Öndərə həsr olunmuş müxtəlif sosial əhəmiyyətli mövzular sərnişinlərin diqqətinə çatdırılacaq.