Çeçenistanda kamikadze   özünü partlatdı 
    
                          
     
                         17.11.2018
 
    
                        Çeçenistanın paytaxtı Qroznı şəhərində qadın kamikadze özünü partladıb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.
Hadisə ilə bağlı məlumat yayan Rusiya Daxili İşlər Nazirliyi partlayışın Qroznı şəhərinin Samopromislovski rayonunda polis nəzarəti məntəqəsi yaxınlığında baş verdiyini bildirib. Nazirlik hadisə zamanı ölən və yaralananların olmadığı qeyd edib.