29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əlahiddə Ümumqoşun Orduda məşğələ keçirilib - FOTO

09.05.2023

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələ keçirilib.

"DM" xəbər verir ki, məşğələ zamanı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının və onların texniki sazlığının qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Məşğələdə silah və texnikanın fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə mövsümü tələblərə uyğun olaraq hissə və mexanizmlərin dəyişdirilməsi, hər növ texnikanın mövsümə uyğun istismar olunması ilə bağlı nəzəri dərslər keçirilib.
Nəzəri dərslərdən sonra atıcı silahlara, avtomobil və zirehli texnikalara, aviasiya və hava hücumundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına və digər texnikalara texniki qulluğun göstərilməsi praktiki olaraq şəxsi heyətə öyrədilib.