08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır - Nazir

17.11.2018

Pensiya verilməsinin avtomatlaşdırılması pensiya sistemində inqilabı dəyişiklik olacaq.
Dövran Media xəbər verir ki, bu sözləri nazir Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, artıq vətəndaşlar pensiyaya çıxarkən müxtəlif dövlət qurumlarına getməyə məcbur qalmayacaq:
"İnsanlar pensiyaya çıxan zaman bürokratik əngəllərə məruz qalmadan işlərini həll edəcəklər. Yanvar ayının 1-dən 67 min insan elektron sistem vasitəsilə pensiya alacaq. Əgər qanun parlament tərəfindən təsdiq olunsa, pensiya yaşına çatanda onlarla dövlət özü əlaqə saxlayacaq. Bu, çox inqilabi bir işdir. Artıq pensiya yaşına çatan şəxslər avtomatik olaraq pensiyaya çıxa biləcək. Belə bir sadələşmə gərgin hesablamaların nəticəsində meydana gəldi. Birbaşa Prezidentin təşəbbüsü ilə bu layihəyə başlanıldı. Gələn il 67 min insan eletron qaydada təyinatını alacaq”.
S.Babayev vurğulayıb ki, 44500 nəfər pensiyaçının pensiyası 35% artacaq:
"38 min insanda pensiya hüququ yaranacaq, 93 min insanın gəlirlərində 48 faiz artım olacaq. Orta aylıq pensiya məbləğinin artacağını deyə bilərik”.