29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

YAP nümayəndə heyəti İstanbulda yerli sakinlərlə görüşüb

09.05.2023

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti İstanbulda yerli sakinlərlə görüşüb.

Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, AK Parti Ataşehir ilçe başqanı Burak Çifçi, Kars-Ardahan-Iğdır təhsil və mədəniyyət təşkilatının sədri Əkrəm Tanyıldız, Milli Məclisin deputatları Nizami Səfərov, Aydın Mirzəzadə, Kəmaləddin Qafarov, Ceyhun Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov iştirak ediblər.

Səmimi mühitdə keçirilən görüş zamanı yerli sakinlərlə nümayəndə heyəti həmsöhbət olublar.

Söhbət zamanı Azərbaycan-Türkiyə, eləcə də hər iki ölkənin xalqları arasında dostluq və qardaşlıq münasibətlərindən söz açılıb.

Qeyd edək ki, YAP nümayəndə heyətinin İstanbul şəhərindəki görüşləri davam edir.