29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Azərbaycanın da daxil olduğu beynəlxalq sazişi təsdiqləyib - FOTO

09.05.2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.

"DM"-nın məlumatına görə, bu barədə qərar "Resmi gazete”də dərc olunub.

Anlaşma Memorandumuna əsasən, tərəflər bu sahədə münasibətlərin təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaqlar.
Qeyd edək ki, müvafiq sənədi aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.