29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da meteorit yaşayış binasının üzərinə düşüb

09.05.2023

ABŞ-da meteorit yaşayış binasının üzərinə düşüb. Kosmosdan gələn daş binanın damını yarıb və yataq otaqlarından birinə düşüb. Bu barədə  CBS məlumat yayıb .

"DM" "UNİAN"-a istinadən xəbər verir ki, hadisə Nyu-Cersi ştatının Hopewell şəhərində baş verib.

Səlahiyyətlilər meteoritin ölçüsünün təxminən 4 ilə 6 düym (10 ilə 15 santimetr - UNIAN) olduğunu söyləyib. Polisin sözlərinə görə, o, uzunsov formadadır və metala bənzəyir.

Hadisə zamanı otaqda heç kim olmayıb. Sonradan məlum olub ki, meteorit damdan keçərək döşəməyə çırpılıb, sıçrayıb və yenidən tavana çırpılıb. Evin xanımı onu otağın küncündə tapıb.

Devran Media