29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ilə əlaqədar xarici nümayəndəliklərdə səsvermə bu gün başa çatır

09.05.2023

"Gömrük qapılarında və xarici nümayəndəliklərdə aprelin 27-də başlayan səsvermə prosesi çərçivəsində nümayəndəliklərdə 1 milyon 632 min 994, gömrükdə isə 118 min 371 seçici səs verib”.

Bu barədə Türkiyənin Ali Seçki Qurumu (YSK) xəbər yayıb.

Bildirilir ki, xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatacaq, gömrükdə isə 14 may saat 17:00-dək davam edəcək.

Məlumata görə, xaricdə 3 milyon 416 min 98 türkiyəli seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub, səsvermə prosesi 67 ölkədə yekunlaşıb.

Seçki bülletenləri YSK-nın müəyyən etdiyi üsullarla yüksək təhlükəsizlik şəraitində diplomatik kuryerlər vasitəsilə Türkiyəyə gətiriləcək və Xaricdə Dairə Seçki Şurasının sədri tərəfindən Ankaradakı "ATO Congresium” Sərgi Mərkəzində təhlükəsiz ərazidə mühafizə ediləcək.
Xarici seçicilərin verdiyi səslər 14 may saat 17:00-da səsvermə prosesi başa çatdıqdan sonra Türkiyədəki digər seçki qutuları ilə birlikdə açılacaq.

Bu səslərin hesablanması Xarici Dairə Seçki Şurasının nəzarəti altında həyata keçiriləcək.

Mənbə: TRT Haber