Rusiya Ukraynanın itkilərini açıqlayıb 
    
                          
     
                         08.05.2023
 
    
                        Rusiya müharibənin 439-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
"DM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 418 təyyarəsi, 230 helikopteri, 4042 PUA-sı, 421 zenit-raket kompleksi, 9033 tank və digər zirehli texnikası, 1096 reaktiv yaylım atəş sistemi, 4764 artilleriya və minaatanı, 10059 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.