02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnam Kərimov: "Məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlir"

08.05.2023

Ali Məhkəmənin sədri: Məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlirİnam Kərimov
"44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük qələbəsindən sonra regionumuzda yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Həm ölkəmiz, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlib".

"DM” xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin sədri İnam Kərimov "Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, yerli, lokal xarakterli münasibətlər qlobal xarakterli münasibətlərlə əvəzlənir: "Qloballaşan dünyamızda yeni hüquq münasibətləri meydana çıxır”.

Sədr qeyd edib ki, yüksək elmi texnoloji yeniliklər bütün sahələrə öz təsirini göstərir və dünya sürətlə inkişaf edir: "Süni intellektin tətbiqi genişlənir. Dövlət xidmətlərində çeviklik həmişə olduğundan da artıq tələb olunur”.

İ.Kərimov vurğulayıb ki, elm və texnologiya əsrində məhkəmə sistemi olaraq çağırışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi, bununla da məhkəmə proseslərində çevikliyinin artırılması zamanın tələbidir: "Elm və texnologiya əsrində ən dəyərli resurs insan kapitalıdır. Ölkənin ümumi inkişafında olduğu kimi, məhkəmələrin də inkişafında yüksək peşəkarlığa malik kadrların rolu böyükdür. Bu işdə təhsil ocaqlarının üzərinə böyük iş düşür. Ölkəmizdə məhkəmə sistemin gələcəyi həm də bu günün tələbələri olan gələcək hüquqşünaslardan asılıdır. Ali Məhkəmə də öz növbəsində ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarının hüquq fakültələri ilə sıx əlaqə quraraq, gələcəyin hüquqşünaslarının tədris proqramlarına fəal dəstək verməyə hazırdır”.