02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həştərxanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans başlayıb

08.05.2023

Həştərxanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans işinə başlayıb.

"Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Həştərxanın vitse-qubernatoru, vilayət administrasiyasının rəhbəri Pavel Pautov Azərbaycanın Həştərxan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayıb.

"Azərbaycanla Həştərxan arasında iqtisadi əməkdaşlığın göstəriciləri müsbət dinamika nümayiş etdirir. Azərbaycan bizim üçün strateji istiqamətdir", - o deyib.

P.Pautovun sözlərinə görə, gələcək əməkdaşlığın inkişafı daha çox "Şimal-Cənub” nəqliyyat dəhlizinin gələcəyi ilə bağlıdır.

"Hazırda Ələt Azad İqtisadi Zonasında görülən işlər heyrətamizdir. Bizim üçün bu, təkcə daşımaların artması deyil, həm də yeni iş yerlərinin açılması, sosial sahənin inkişafı deməkdir", - o əlavə edib.