02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada meşə yanğınlarında ölən və yaralananlar var - VİDEO

08.05.2023

Tümen vilayətində meşə yanğınlarının söndürülməsində iştirak edənlər zərər çəkiblər.

Bu barədə regional hökumətin informasiya mərkəzi xəbər verib.

"Mayın 8-nə keçən gecə Nijnetavdinsk rayonunun Krasnıy Yar kəndi yaxınlığında meşə yanğınarının söndürülməsi zamanı 49 yaşlı yerli sakin ölüb. Daha iki nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Yanğın kəndin yaxınlığında baş verib. Kənddə yanğın lokallaşdırılıb”, - deyə məlumatda bildirilir.

Mərkəzdən qeyd edilib ki, son sutka ərzində rayonda beş meşə yanğını söndürülüb, səkkiz yeni yanğın ocağı yaranıb. Ümumilikdə rayonda 1179 hektar sahədə 12 meşə yanğını davam edir.


"Bundan əlavə, gündə 5300 hektardan çox ərazidə 70 yeni landşaft yanğını baş verib”, - deyə mərkəz əlavə edib.

Ümumilikdə, rayonda yanğınla mübarizəyə 1200-dən çox insan, o cümlədən 340 texnika, beş helikopter və bir İl-76 təyyarəsi cəlb olunub, həmçinin yanğın qatarlarından da istifadə edilir.

Mənbə: İnterfaks