02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hindistanda hərbi təyyarə yaşayış evinin üzərinə düşüb - VİDEO

08.05.2023

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-21” təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə NDTV kanalı məlumat verib.

Hərbi təyyarə Racastan ştatının Suratqarh şəhəri yaxınlığında yerləşən kənddə yaşayış evinin üzərinə düşüb.

İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb.

"MiQ-21”in pilotu katapulta etməyə nail olub. O, yüngül xəsarət alıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”, - deyə telekanal qeyd edib