30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Plastik qapı-pəncərələr təhlükəlidir - VİDEO

17.11.2018

Plastik materiallar həyatımıza daxil olan günə kimi evlərdə, iaşə obyektlərində, müəssisələrdə qapı-pəncərələr taxtadan hazırlanırdı. Lakin inkişaf bu sahədən də yan keçmədi və taxtadan hazırlanmış əksər əşyaları plastik materiallar əvəz etdi. O cümlədən də qapı-pəncərələr. Nəticədə estetik görünüşə malik olan plastik qapı-pəncərələr alıcılar üçün arzuedilən oldu.
ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Sakin: "Taxtanı yağış, gün vurub çürüdür. Plastik çürümür”.
Plastikdən hazırlanan materialların nisbətən tez və ucuz başa gəlməsi bu məhsula tələbatı daha da artırdı.
Plastik qapı-pəncərə gözəl dizayn, uzunömürlülük, istifadə rahatlığı və səskeçirməməzlik kimi üstün xüsusiyyətlərə malikdirlər. Elə bu səbəbdən də hazırda inşa edilən yeni tikililərdə bu materialdan istifadəyə üstünlük verilir. Bəs plastik qapı-pəncərələr rahatlıq, yoxsa xəstəlik gətirir?
Həkim: "Radiasiya, şüalanma ola bilər. Məsaməsizdisə hava girmir. Bu da insan orqanimzə ziyan vurur”.
Plastik qapı-pəncərə seçənlərin xəstəliyi birbaşa evlərinə gətirdiyini deyən usta Mahir Məmmədov da otaq şəraitində plastik materialların istifadəsini yolverilməz hesab edir.
Həkimlər bu materialdan hazırlanan qapı-pəncərələrin göbələk xəstəliyinə səbəb olduğunu deyirlər. Ona görə də görünüşə önəm verib sağlamlığımızı təhlükəyə atmadan əvvəl yaxşı düşünək.