03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün onun doğum günüdür

08.05.2023

1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Mərkəzi Ordu İdman Klubunun (Moskva şəhəri) yetişdirməsidir. 

Məşqiçisi (1980 −1990-cı illərdə) SSRİ-nin baş məşqiçisi II qat Dünya çempionu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqiçisi cənab Sapunov Qennadi Andpeviç olmuşdur. 1982 – 1984-cü ildə Leninqrad Hərbi İnstitutunu bitirmişdir (SSRİ-nin Müdafiə nazirinin əmrinə əsasən ordu zabiti rütbəsi verilmişdir). 1981–1986-cı illərdə Bakı şəhəri İdman Akademiyasında məşqçi – müəllim fakültəsini bitirmişdir. 1986-cı ildə Moskvada mart ayında Sov. İKP XXVII qurultayının bağlanışında Azərbaycan SSRİ respublikasının bayraqdarı olmuşdur. 1987-ci ildə noyabr ayında ABŞ-ın Albani şəhərində keçirilən yunan – roma güləşi üzrə Dünya Kuboku yarışında dünyanın ən texnikalı güləşçisi və yarışın ən böyük mükafatına layiq görülmüşdü. 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.1988-ci ildə 26 yaşında yay olimpiya oyunları ərəfəsində aldığı zədə ilə əlaqədar olaraq könüllü idmandan ayrılıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının İdman naziri, 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin prezidenti işləmişdir. 1992–1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsi nin prezidenti olmuşdur. Avropa çempionu, 6 dəfə Dünya Kubokunun (üç şəxsi, üç komanda hesabı), 3 dəfə SSRİ kubokunun sahibi, SSRİ çempionu, olimpiya oyunlarının 4-cü mükafatçısı və Azərbaycan Respublikasının əməkdar məşqiçi adına layiq görülmüşdür. Ailəlidir, iki övladı var.

Uğurları:
1980 – SSRİ kuboku (Bişkek — Furunze) – I yer (şəxsi hesabda);
1981 – Gənclər arasında SSRİ birinciliyi (18–20 yaş) (Rusiya — Leninqrad) – I yer;
1981 – Gənclər arasında Dünya birinciliyi (18–20 yaş) (Kanada — Bankuver) – II yer;
1981 – SSRİ kuboku (Rusiya — Kirov) – I yer (şəxsi hesabda);
1982 – SSRİ kuboku (Ukrayna — Donetski) – I yer (şəxsi hesabda);
1982 – Gənclər arasında SSRİ birinciliyi (18–20 yaş) (Rusiya — İrkutsk) – I yer;
1982 – Gənclər arasında Avropa birinciliyi (18–20 yaş) (Almaniya — Leynçik) – III yer;
1983 – Dünya kuboku (Yunanıstan – Soloniki)- I yer; 2 ədəd qızıl (şəxsi və komanda hesabında);
1983 – SSRİ xalqlarının spartakiadası (Rusiya — Moskva) – bürünc medal:
1984 – Hərbiçilərin SSRİ çempionatı (Belarus — Minsk) – I yer;
1984 – SSRİ çempionatı (Belarus — Minsk) – II yer;
1984 – Avropa çempionatı (İsveç — Yönköpinq) – rekort hesabla I yer (60:0);
1984 – Dünya kuboku (Finlandiya — Suonenyoki) – 2 ədəd qızıl (şəxsi və komanda hesabında);
1985 – SSRİ çempionatı (Rusiya — Krasnoyarsk) – I yer;
1985 – Dünya çempionatı (Norveç — Kolbotn) – I yer;
1986 – Dünya çempionatı (Budapeşt, Macarıstan)- (böyük üstünlüklə) I yer;
1987 – Dünya çempionatı (Fransa – (Qlermon — Feqan)) – (qızıl medal) I yer;
1987 – Dünya kupoku (ABŞ — Albani) – 2 ədəd qızıl (şəxsi və komanda hesabında);
1988 – XXIV Yay olimpia oyunları – 4-cü mükafatçı (aldığı zədə ilə əlaqədar)
2006 – Dünya çempionatı (40–45 yaşlar arasında) (Latviya–Riqa) – dünya çempionu.