27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İinsan alveriylə bağlı cinayətlərin və məhkəmə məsuliyyətinə verilənlərin sayı açıqlanıb

08.05.2023

Keçən il insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2) cinayət qeydə alınıb.

"DM" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2), o cümlədən 157 (+1) insan alveri, 3 (sabit) məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 44 (+1) cinayət qeydə alınıb.

Həmin hüquqazidd əməllərlə əlaqədar başlanılmış cinayət işləri üzrə təqsirləndirilən qismində cəlb olunmuş 15 (+2) şəxs (13-ü qadın, 2-i kişi) məhkəmə məsuliyyətinə verilib