30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MKİ Güləni qoruya bilmir - 3-cü ölkə axtarışı

17.11.2018

ABŞ Prezidenti Donald Trampın Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə ekstradisiyanın qanuni yollarının tapılması üçün göstəriş verməsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) FETÖ liderini gizlətmək üçün üçüncü ölkə axtarışına çıxıb.
"Dövran Media xəbər verir ki, Federal Təhqiqat Bürosu istintaq çərçivəsində Türkiyədən FETÖ terror təşkilatı ilə əlaqədar yeni məlumat və sənədlər istəyib.
Sənədlər artıq büroya göndərilib. FBİ ilk növbədə FETÖ üzvlərinin Fətullah Gülənin yaşadığı Pensilvaniyaya keçid nöqtəsi olan Nyu Yorkdakı Masal kafedə əməliyyat keçirib.
Məlumata görə, sentyabrda Gülənin yaşadığı villanın yaxınlığında silah səsləri eşidilmiş, Federal Təhqiqat Bürosunun villaya yönəlik əməliyyatına son anda CIA müdaxilə etmişdi.
Mərkəzi Kəşfiyyat İdarəsinin illərdir qoruduğu FETÖ liderinin artıq ABŞ-da qala bilməyəcəyini başa düşdüyü üçün Fətullah Güləni üçüncü ölkəyə göndərmək niyyətində olduğu bildirilir.