04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Böyük Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək

05.05.2023

Böyük Britaniyanın baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson mayın sonunda Azərbaycana səfər edəcək.

Bu barədə "Report”a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

Onun sözlərinə görə, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsində iştirak etmək üçün Bakıya gələcək.
Xatırladaq ki, Azərbaycanın paytaxtında mayın 31-dən iyunun 3-dək Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci "Caspian Oil & Gas” beynəlxalq sərgisi, 11-ci "Caspian Energy and Green Energy” Beynəlxalq "Caspian Power” sərgisi və 28-ci Bakı Enerji Forumu keçiriləcək.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Çin, Küveyt, Monako, Niderland, Norveç, BƏƏ, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, ABŞ, Tailand, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və Yaponiyadan olan 164 şirkət iştirakını təsdiqləyib.