06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov: “Rusiya Ukraynanın terror hücumuna cavab verəcək”

05.05.2023

"Bir sıra ölkələr Ukraynanın Kremlə qarşı törətdiyi terror aktını pisləyiblər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya şübhəsiz, Kiyevin düşmənçilik hərəkətlərinə konkret addımlarla cavab verəcək.

"Mənə elə gəlir ki, yeni təxribatları gözləməyə ehtiyac yoxdur. Zelenski və komandası media məkanında və əməli addımlarla hər hansı özünə hörmət edən ölkənin onlarla ünsiyyət qurmaq istəməməsi üçün hər şeyi edir”, - deyə Lavrov qeyd edib.
Sergey Lavrov əlavə edib:

"Xüsusən də Pakistan Xarici İşlər Nazirliyi Kremlə hücuma görə məsuliyyət daşıyanların tezliklə müəyyənləşdirilməsinə ümid etdiyini bildirib. Rusiya tərəfindən bu hərəkətlərə verilən qiymət çoxdan bəllidir və o da göz qabağındadır ki, kuratorların xəbəri olmasaydı, hətta Kiyev terrorçuları belə bunu edə bilməzdilər”.

Mənbə: Komsomolskaya Pravda