06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çexiya Prezidenti Volodimir Zelenskiyə tapança hədiyyə edib

05.05.2023

Çexiya Prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenskiyə "CZ 75" tapançası hədiyyə edib.

"DM” xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib.

P.Pavel Ukrayna xalqının məğlubedilməzliyinin Rusiyaya ağır bir zərbə olduğunu qeyd edib. O, Rusiyaya qarşı döyüşdə Çexiya silahlarının da ukraynalılara kömək etdiyini bildirib:

"Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq mən Volodimir Zelenskiyə əfsanəvi "CZ 75"i təhvil verdim. Bu silah 1975-ci ildə hazırlanıb və o zamandan etibarən bütün dünyada fəal istifadə olunur".

Xatırladaq ki, P.Pavel də aprelin 29-da Ukraynanın paytaxtı Kiyevə səfər edib.