06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvandakı Baş Konsulluğda səsvermə prosesindən görüntülər - VİDEO

05.05.2023

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səsverməsi başlayıb.

Qardaş ölkənin Naxçıvan Muxtar Respublikasında yerləşən konsulluğunda seçkilərin birinci mərhələsi üçün səsvermə hüququna malik Türkiyə vətəndaşları iştirak edirlər.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya jurnalistlərə açıqlamasında bildirib ki, muxtar respublikada 1 350 türk vətəndaşının səs verməsi gözlənilir.

"2014-cü ildən bəri xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları səsvermə hüquqlarından istifadə edirlər. Bu il səsvermədə iştirak edənlərin sayının artacağına inanırıq”, - deyə A.Kaya vurğulayıb.
Birinci mərhələdə səsvermə mayın 8-dək davam edəcək. Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində keçiriləcək.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: