06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mayın 5-6-da Yerə meteor yağışı düşəcək

05.05.2023

5-6 mayda "Eta-Akvarid” adlı meteor yağışı olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən məlumata görə, "Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.

"Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.