30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu, birbaşa Prezidentin diqqətindədir - Aydın Mirzəzadə

17.11.2018

Bu qərar Azərbaycan dövlətinin torpaq uğrunda şəhid olan insanların ailələrinə qayğısının göstəricisidir.
Bu sözləri Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsi haqda danışan millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili qeyd edib ki, noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi məsələsi prinsipial şəkildə qoyulub:
"Baxmayaraq bu qərar çoxdan qəbul edilmişdi, ancaq Azərbaycan dövləti bu gün də hüququ çatan hər bir şəxsin göstərilən müavinətlə təmin edilməsini qarşıya qoyub. Şübhəsiz ki, bu məsələdə açıqlıq və qanunauyğunluq əsas rol oynayır. Bu baxımdan ödəmə almağa hüququ çatan hər kəs sənədlərini təqdim edərək həmin müavinəti ala biləcək. İlkin mərhələdə artıq 200-dən insanın 11.000 manat birdəfəlik ödəmə ilə təmin edilməsi barədə qərar qəbul edilib. Növbəti qrupların da vaxtaşırı bu müavinətlə təmin edilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçiriləcək”.
Millət vəkili şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsaitlərin verilməsində hər hansı problemin olmayacağını bildirib:
"Düzdür, müəyyən ailələr var ki, onlar ya vaxtilə həmin məbləği almadığını bildirir, ya da onların sənədlərində uyğunsuzluqlar ortaya çıxır. Ancaq bütün bu məsələlər birbaşa Azərbaycan dövlətinin və ölkə rəhbərinin diqqətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər bir ailənin müraciətini araşdırır. Ümumiyyətlə, hər hansı problemli məsələ olarsa, bu barədə də yekun qərarın verilməsi gözləniləndir”.