04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada quraşdırılacaq seysmik stansiya artıq Azərbaycandadır

05.05.2023

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib. O qeyd edib ki, bilindiyi kimi Şuşadakı seysmik stansiyanı AFAD hədiyyə edib və həmin stansiya quyudibi stansiyadır:

"Stansiya artıq ölkəmizdədir. Hazırda quyunun qazılması və stansiyanın quraşdırılması istiqamətində texniki işlər mərhələsindəyik. Digər rayonlarımıza gəlincə isə ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiya quraşdıracağıq. Növbəti hansı rayonun olacağı isə Şuşadan sonra müvafiq dövlət qurumları ilə razılaşdırılacaq. Çünki ərazilərdə mina təhlükəsi var. Seysmik stansiyaların quraşdırılması həmin ərazilərdə məskunlaşma aparıldıqca həyata keçiriləcək".