29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin Naxçıvandakı konsulluğunda səsvermə başlayıb

05.05.2023

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verməsi başlayıb.

"DM" xəbər verir ki, qardaş ölkənin muxtar respublikada yerləşən konsulluğunda seçkilərin birinci mərhələsi üçün səsvermə hüququna malik Türkiyə vətəndaşları artıq səs verməyə başlayıb.

İlk olaraq, Türkiyənin Naxçıvanda olan Baş konsulu Asip Kaya səs verib. Birinci mərhələdə səsvermə mayın 8-dək davam edəcək.

Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, səsvermə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçiriləcək.