29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Rusiyanın zavodlarına bir neçə hücum həyata keçirib - VİDEO

04.05.2023

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının bir neçə neft emalı zavoduna hücum həyata keçiriblər.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

İlk yanğın Krasnodar diyarındakı İlski neft emalı zavodunun su anbarında baş verib. Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd pilotsuz təyyarə müəssisəni vurub. Yanğın artıq söndürülüb. Ölən və yaralananlar yoxdur.

İkinci yanğın Rostov vilayətindəki Novoşaxtinsk zavodunda baş verib. Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA bina strukturlarına daxil olub. Məlumat rayon rəhbərliyi tərəfindən təsdiqlənib. Ölən və xəsarət alan olmayıb, yanğın müəssisənin əməkdaşları tərəfindən söndürülüb.

Bundan başqa Rusiya hökuməti Bryansk vilayətinin Polevıye Novosyolki kəndinin Ukrayna ordusu tərəfindən atəşə tutulduğunu iddia edib. Qubernator Aleksandr Boqomaz bildirib ki, bir mülki şəxs yaralanıb, bir neçə evə də ziyan dəyib və elektrik təchizatı kəsilib.


Mənbə: UNİAN