30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək

16.11.2018

 Zəngin repertuara malik Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi, bu həftə də tamaşaçıların zövq müxtəlifliyini nəzərə alıb.
 Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatr orta ümumtəhsil müəssisələrində payız tətili günləri ilə əlaqədar təhsil işçilərinin və müxtəlif yaş qruplarından olan azyaşlı uşaqların, şagirdlərin maraq dairələrinə uyğun, bir-birindən maraqlı tamaşalar təqdim edəcək.
 Noyabrın 16-da "Nuri-didə Ceyhun”, 17-də "O olmasın, bu olsun”, gülüş ustası Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Toya bir gün qalmış” komediyası, 18-də "Qodonun intizarında” tamaşaları nümayiş olunacaq.
 Teatrın kollektivi həmişə olduğu kimi, bu dəfə də rusdilli balaca teatr həvəskarlarını unutmayıb. Belə ki, onların tətil günlərinin şən və əyləncəli keçməsi üçün noyabrın 16-da "Yağış göbələyinin macərası”, 18-də "Qızıl cücə” və "Qoğalın macərası” tamaşalarını rus dilində təqdim edəcək.
 Nümayiş olunacaq maraqlı tamaşalarda rolları Xalq artistləri Afaq Bəşirqızı, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nəsibə Eldarova, Svetlana Bulax, Şövqi Hüseynov, Anton Ferştandt və başqaları ifa edəcəklər.
 Tətil günlərini xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, "iticket.az” saytından əldə edə bilərlər.