29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: Bu il Ukraynanın qələbəsi üçün həlledici olacaq

03.05.2023

Bu il Ukraynanın qələbəsi üçün həlledici olacaq.

"DM" xəbər verir ki, bunu Helsinkidə səfərdə olan Ukrayna Prezidenti Vladmir Zelenski finlandiyalı həmkarı Saul Niinistö ilə mətbuata birgə açıqlamasında deyib.

"Mən inanıram ki, bu il bizim üçün, Avropa və Ukraynanın qələbəsi üçün həlledici olacaq”, - o bildirib.

Zelenski yeni sanksiyalarla Rusiyanın daha çox təzyiq altında saxlanılmalı olduğunu qeyd edib: "Hamımız xatırlamalıyıq ki, təcavüzkarı nə qədər çox təzyiq altına qoysaq, təcavüz bir o qədər tez başa çatacaq”.

Zelenksi jurnalistin sualına cavabında Ukraynanın Qərb döyüş təyyarələrini əldə edəcəyini qeyd edib.

"Biz bunu heç vaxt gizlətməmişik, döyüş təyyarələrinə ehtiyacımız çoxdur. Mən əminəm ki, biz onları əldə edəcəyik”,- Prezident Zelenski bildirib.

Saul Niinistö isə Finlandiyanın Ukraynaya "Hornet” qırıcıları göndərməsinin mümkünlüyü ilə bağlı suala cavabında bildirib ki, Finlandiyanın əlindəki təyyarələr köhnədir, onların modernzasiyası yenicə tamamlanıb və bu təyyarələrə Finlandiyanın özünün təhlükəsizliyini təmin etmək üçün ehtiyacı var.

Zelenksi Finlandiya Prezidenti Niinistö ilə görüş zamanı Helsinkinin Ukraynaya 15-ci yardım paketinin çatdırılmasının sürətləndirilməsi ilə bağlı razılıq əldə edildiyini vurğulayıb.