XİN rəhbərlərinin danışıqları bu gün də davam edir 
    
                          
     
                         03.05.2023
 
    
                        Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlar prosesi bu gün də davam edir.
"DM" xəbər verir ki, tərəflər arasında sülh sazişi layihəsi istiqamətində danışıqlar üçün növbəti görüş başlayıb.
Görüş ABŞ-ın Arlington şəhərində keçirilir.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.
Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş keçiriblər.
Nazirlər arasında danışıqlar dünən də davam edib.