29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dilarə Əliyeva “SOY” prodakşnın rəhbəri olub

03.05.2023

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra "SOY” prodakşnın rəhbərinin kim olacağı müzakirə edilirdi.

Olay.az-ın əldə etdiyi məlumata görə, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır.

O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.
Qeyd edək ki, "SOY” prodakşn indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə "Yeni ulduz”, 

"Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.