29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kris Hipkins: Ukraynaya yardım proqramını genişləndirəcəyik

03.05.2023

"Devran Media" "TASS"-a itinadən xəbər verir ki , Kris Hipkinsin sözlərinə görə, ölkə Kiyev rejimini dəstəkləmək üçün təxminən 3,2 milyon dollar ayıracaq, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təlimində öz hərbçilərinin iştirakını genişləndirəcək.

Baş nazirin sözlərinə görə, Yeni Zelandiya Kiyevə yardım proqramını, o cümlədən hərbi, humanitar, hüquqi və iqtisadi dəstək üzrə yeni tədbirləri əhəmiyyətli dərəcədə genişləndirir. "Bir ildən artıqdır ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyalarla bağlı xüsusi qanunvericiliyin qəbulu kimi əhəmiyyətli və hətta görünməmiş tədbirlər görməklə Ukrayna xalqını dəstəkləyib. Biz həmçinin 78 milyon Yeni Zelandiya dollarından çox maliyyə və hərbi yardım göstərmişik. (48,6 milyon dollar) və Ukrayna tərəfini Rusiyaya qarşı məhkəmə prosesində dəstəkləyib.Yeni tədbirlər göstərir ki, bizim qətiyyətimiz hələ də azalmayıb və biz Ukraynaya yardımdan imtina etmək niyyətində deyilik”, - Hipkins bildirib.

Devran Media