29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni deputat: "Azərbaycanla münasibətləri tənzimləmək istəyirik"

03.05.2023

" Sülh sazişinin mətni üzərində danışıqlar gedir, Azərbaycanla münasibətləri tənzimləmək istəyirik"

"DM” "News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki Müqavilə” Partiyasından olan deputat Sarqis Xandanyan deyib.

O bildirib ki, danışıqlar tamamlanana qədər nəticələr barədə danışmaq tezdir.

Deputatın sözlərinə görə, Ermənistanın vəzifəsi regionda hərtərəfli sülhə və Azərbaycanla münasibətləri tənzimləməyə nail olmaqdır: "Bu məsələlər danışıqlar masası arxasında həllini tapmalıdır. Aydınlaşdırmaya ehtiyacı olan hüquqi ifadələr var. Sənəd siyasi müzakirələrin nəticəsidir. Sülh sazişinin etibarlı olması üçün buna təminat verən mexanizmlər lazımdır”.

S.Xandanyan söyləyib ki, bu mexanizmlərin yaradılması beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə bağlıdır.