29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən keyfiyyətli smartfonlar - SİYAHI

03.05.2023

"Devran Media" dünya mətbuatına istinadən xəbər verir ki, "DxOMark" sınaq platformasının yeni araşdırmalardan sonra verdiyi məlumata görə ən keyfiyyətli ekranı olan smartfonların siyahısı yenilənib.

Bildiyimiz kimi smartfon bazarı daima yenilənir və şirkətlər rəqabətə davamlılığını qorumağa çalışır. Hər gün yeni bir modelin satışa çıxarıldığı bu bazar bəzi hallarda istifadəçilərdə çaşqınlıq yarada bilir. Bəs, hazırda ekran keyfiyyətinə ən çox əhəmiyyət verilən smartfonlar hansılardır?

"DxOMark" -ın məlumatlarına görə "Honor magic 5 Pro" 2023-cü ildə ən yaxşı displeyi (təsvirə) olan telefon seçilib. Cihaz oxunaqlılıq, rəng və axıcılıq kimi xüsuslar nəzərə alınmaqla 151 bal toplaya bilib. İkinci yerdə ötən il təqdim edilən "iPhone 14 Pro Max" qərarlaşıb. Üçüncü pillədə isə "iPhone 14 Pro" modeli gəlir.

DxOMark-a görə, ən yaxşı ekrana malik smartfonların siyahısı belədir:

Honor Magic 5 Pro – 151 xal
iPhone 14 Pro Max – 149 xal
iPhone 14 Pro – 149 xal
Galaxy S23 Ultra (Snapdragon) – 148 xal
Galaxy S23 (Snapdragon) – 148 xal
Google Pixel 7 Pro – 146 xal
Galaxy S23 Plus (Snapdragon) – 146 xal
iPhone 13 Pro Max – 145 xal
iPhone 13 Pro – 144 xal
Huawei Mate 50 – 141 xal
iPhone 14 Plus – 140 xal
Google Pixel 7 – 140 xal
Honor Magic4 Ultimate – 140 xal
Vivo X Fold – 140 xal
iPhone 14 – 139 xal
Oppo Find X5 Pro – 139 xal
Oppo Find X5 – 138 xal
iPhone 13 – 136 xal
Samsung Galaxy S22 Ultra (Snapdragon) – 136 xal
iPhone 13 Pro – 136 xal

Səbuhi Bayramov