29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Ermənistana məxsus aviaşirkətin hava məkanını bağlayıb

03.05.2023

Türkiyə "Flyone Armenia”nın Avropaya uçuşları üçün hava məkanını bağlayıb. Beləliklə, Ermənistana məxsus aviaşirkətin daha bir reysində problemlər yaranıb.

Bu barədə aviadaşıyıcının direktorlar şurasının rəhbəri Aram Ananyan yerli mediaya məlumat verib.

Onun sözlərinə görə, 80-ə yaxın sərnişin Paris aeroportunda qalıb.
"Bütün sərnişinlər şirkətin Parisdəki xidməti və nümayəndəliyi ilə əlaqə saxlaya bilərlər ki, biz onların geri qaytarılmasını təşkil edək, yaxud təzminat ödəyək”, - deyə Ananyan bildirib.

Qeyd edək ki, bu, aviaşirkətin uçuşu ilə bağlı ikinci insidentdir. Bundan əvvəl də Ankara "Flyone Armenia” üçün hava məkanını bağlamışdı. Həmin vaxt Paris-İrəvan reysini yerinə yetirən təyyarə Kişineuda (Moldova) məcburi eniş etmişdi.