02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin “Altay” milli tankları sınaqlara hazırdır

02.05.2023

Türkiyə yerli və milli müdafiə sənayesi tarixində demək olar ki, hər gün yeniliyə imza atır.

"DM" xatırladır ki, "TCG Anadolu” gəmisi, "BAYRAKTAR Kızılelma”, "ANKA-3”, "ATAK-2” kimi milli layihələr arasında artıq yeni nəsil "Altay” tankı da daxil edilir.


Türk Silahlı Qüvvələrinə təhvil verilən "Altay” tanklarını indi uzun müddət davam edəcək test müddəti gözləyir.

Dünyada çox az sayda ölkə 1500 at gücündə mühərrikli "Altay” kimi tanka sahibdir. Tankın sınaqlardan uğurla çıxdığı halda onun kütləvi istehsalının 2025-ci ildə başlaya biləcəyi bildirilir.


Türkiyə ordusunun daha çox quru qoşunlardan ibarət olduğu üçün "Altay” tankı həm ölkə daxilində, həm də sərhədlərdən kənarda səmərəli istifadə oluna bilər. Digər tərəfdən isə, Türk ordusunda mövcud olan tankların 20-30 illik tanklar olduğunu nəzərə aldıqda, 3+ nəslə aid ən müasir tanklardan olan "Altay”ın əhəmiyyəti daha da artır.

Bu, "Altay” tankını 2018-ci ildə istehsal edilən "Altay”dan fərqləndirən xüsusiyyəti köhnə sistemlərin yeni nəsil və yerli analoqları ilə əvəz edilməsidir. Onlar arasında "Aselsan” şirkətinin istehsalı olan "Volkan” atış kontrolu sistemi və aktiv mühafizə sistemi "AKKOR” var. Bu sistemləri dünyada sadəcə bir neçə ölkə istehsal etmək qabiliyyətindədir.

İlk mərhələdə 50, daha sonra isə 250 yeni nəsil "Altay” tankının istehsal edilməsi gözlənilir.