02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Brüsseldə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı sərgi açılıb

02.05.2023

NATO-nun Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində memorial-foto stendinin açılışı olub.

"DM” xəbər verir ki, bu barədə Azərbaycanın Alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.

Stentdə H.Əliyevin NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən fotolar və məlumatlar sərgilənir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev memorial-foto stendin açılış mərasimində iştirak edib.

Qeyd edək ki, H.Hacıyev Belçikada səfərdədir.