02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alen Simonyan Türkiyəyə gedəcək

02.05.2023

 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.

"DM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidmətindən bildirilib.

Ermənistan nümayəndə heyəti Parlament Assambleyasının iclasında, Simonyan isə parlament sədrlərinin sammitində iştirak edəcək.

Məlumatda deyilir ki, nümayəndə heyəti sabah Ankaraya yola düşəcək.

Parlament Assambleyasının iclası 4-5 may tarixlərində baş tutacaq.

Simonyan Parlament Assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində iştirak edəcək.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının iclası sonuncu dəfə ötən ilin dekabrında Belqradda keçirilib.