02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Leysan və dolu Şamaxıya ciddi zərər vurub

02.05.2023

Dünən gecə saatlarında Şamaxıya yağan güclü leysan yağışları və dolu rayonun bəzi kəndlərində fəsadlar törədib.

"DM" xəbər verir ki, dolu və leysan kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi zərər vurub. Zərər ən çox rayonun Dağ Göylər, Dağ Bağırllı, Nüydü və Ovçulu kəndində qeydə alınıb. Güclü yağış və dolu 4 saata yaxın davam edib. Bağırlı kənd sakinlərinə məxsus bəzi fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, evləri, tövlələri su basıb. Həyətyanı sahələrin hasarları uçub. Sel təsərrüfatlara da ziyan vurub, bağlarda meyvə ağacları, əkin sahələri subasmaya məruz qalıb.

Güclü yağış səbəbindən kəndlərin yolları yararsız hala düşüb, avtomobillər yollarda qalıb.

Şamaxının Dağ Göylər kənd sakini Toğrul Salahova məxsus yaşayış evinin tavanı çöküb, ev əşyalarla birlikdə suyun içində qalıb.

Kəndlərdə təhlükəsizliyi təmin etmək məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb.