02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kreml Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünü şərh edib

02.05.2023

Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yardım alqışlana bilər.

"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında vəziyyətin nizamlanmasına yardım yalnız Rusiya Federasiyası ilə birlikdə imzalanmış üçtərəfli sazişlər əsasında olduqda alqışlana bilər, çünki onlara alternativ yoxdur.

"İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur. Müvafiq olaraq, hələlik bu üçtərəfli sənədlər alternativsizdir. Təbii ki, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən yardımı alqışlamaq olar. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandırmağa müxtəlif cəhdlər olur, hansı ki, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir”, - deyə Kremlin sözçüsü ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü şərh edərkən qeyd edib.