29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təkərli vanna idarə edən sürücü saxlanılıb

02.05.2023


Devran Media xəbər verir ki, Krasnodar vilayətində yol polisi müfəttişləri yolda qeyri-adi nəqliyyat vasitəsini saxlayıblar. Kişi təkərli vannada oturaraq yol boyu onu sürürmüş.

Hadisə Krılovski rayonunun Kuqoeyskaya kəndində baş verib. Mayın 1-də yol polisi əməkdaşları müvəqqəti avtomobildə olan yerli sakini saxlayıblar. Rayon Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs "Suzuki” markalı skuterin mühərrikini və kuzovun digər hissələrini vannaya qaynaq edərək onun üzərində hərəkət edib.

"Cinayətkar"ın sürücülük vəsiqəsi olmayıb. Üstəlik, sərxoş olub.

"Cinayətkar" xeyli əvvəllər sürücülük hüququndan məhrum edilibmiş və yol polisinin təkidlərinə baxmayaraq sərxoşluq müayinəsindən keçməkdən də imtina edib.

Nəticədə təkərli vanna müsadirə edilərək xüsusi dayanacaqa göndərilib. Tibbi müayinədən keçməkdən imtina etdiyinə görə yerli sakin barəsində inzibati protokol tərtib edilib.

Devran Media