29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəncirvari qəza: xeyli sayda ölü, 30-dan çox yaralı

02.05.2023

Devran Media qərb mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın İllinoys ştatında Interstate 55 adlı avtomobil yolunda güclü qum fırtınası nəticəsində 40-dan çox avtomobil bir-birinə çılpılaraq zəncirvari yol qəzası yaradıb.

Qəzada xeyli sayda insan həyatını itirərib, 30-a yaxın adam da yaralanıb. Qəzada həyatını itirənlərin sayı hələ ki, açıqlanmayıb.

İllinoys ştatının polis sözçüsü mətbuat konfransında yerli vaxtla saat 11:00 radələrində baş verən zəncirvari yol qəzasında təxminən 40-dan çox minik avtomobili və bir neçə yük maşınının olduğunu, yük maşınlarından ikisinin alov aldığını və partlayış baş verdiyini bildirib. 

Magistral yol hər iki istiqamətdə nəqliyyata bağlanarkən bölgəyə çoxlu təcili yardım və yanğınsöndürənlər göndərilib.
 
Devran Media