29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tehran iki terrorçunu Bakıya təhvil verməlidir

02.05.2023

İran tərəfi Azərbaycan ərazisində "Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir.

"DM" xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, islamın siyasiləşdirilməsi yönündə cəhdlərin də qarşısı qətiyyətlə alınmalıdır:

"Bu düşüncədə olan insanlar məscidlərdən də uzaqlaşdırılmalıdır”.

Qeyd edək ki, İranda "Hüseyniyyun” terror qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunduğu ilə bağlı məlumat yayılıb.