29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hafiz Paşayev: “Bakı ilə İrəvan münasibətləri normallaşdırmağa çalışırlar”

02.05.2023

"Beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri yüksək qiymətləndirilir”.

"DM” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın iştirakçılarının suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan münasibətləri normallaşdırmağa çalışırlar və beynəlxalq ictimaiyyətin bu istiqamətdə səyləri də alqışlanılır:

"Ötən gün Vaşinqtonda üçtərəfli danışıqlar aparılıb. Bu gün Brüsseldə yüksək səviyyəli dialoqun növbəti iclası keçiriləcək və burada enerji dialoqu ilə yanaşı, bu məsələlər də gündəmdə olacaq”.
H.Paşayev Ukraynadakı vəziyyəti şərh edərək bildirib ki, Azərbaycanın mövqeyi aydın və başadüşüləndir:

"Azərbaycan hər zaman ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini prioritetdə saxlayır”