29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parlamentdə İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsi müzakirə olunur

02.05.2023

Milli Məclisin plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin siyahısı müzakirəyə çıxarılıb.

"DM” xəbər verir ki, namizədlər barədə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.

Siyahıda yer alan namizədlər aşağıdakılardır:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:

1. Cəfərov Həsən Şahhüseyn oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri

2. Talıbov Əzim Zahid oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Azərbaycan Milli Elmlər Akademiyasından:

1. Kərimli Teymur Həşim oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
2. Xavəri Sərxan Abbas oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent

Azərbaycan Mətbuat Şurasından:

3. Həsrət Azər Hacıqulu oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü
4. Fərəcov Aqil Ələsgər oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü