Məşədi Dadaş məscidinə imam təyin edilib  
    
                          
     
                         02.05.2023
 
    
                        										Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.
"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Sədr məscidə yeni təyinatların olacağını da deyib: "Bundan başqa, oraya yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.
Mübariz Qurbanlı yeni imamın məsciddə bu gün təqdim olunacağını vurğulayıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.